Metanol istehsalı üzrə üç müəssisə birləşib
“Caspian Trade Company” MMC və “Froil” MMC “Azərbaycan Metanol Ko.” MMC ilə birləşdiklərini élan ediblər.
Noyabrda “Azərbaycan Metanol Ko.” MMC borcunu ödəyə bilmədiyinə görə idarəçilik “PNN Group” şirkətlər qrupundan SOCAR-a keçib.
O zaman Dövlət Neft Şirkəti metanol istehsalı üzrə əməliyyatların idarə olunması üçün öz şirkətini (“SOCAR Methanol”MMC) yaradıb. Eldar Mustafayev hər iki şirkətin (“SOCAR Methanol” və “Azərbaycan Metanol Ko.”) direktoru təyin edilib. Hazırda “Azərbaycan Metanol Ko.” MMC-yə İlham Gülmalıyev rəhbərlik edir. O həm də “Caspian Trade Company” MMC-nin direktorudur.
Qeyd edək ki, “PNN Group” şirkətlər qrupuna metanol istehsalı layihəsində iştirak edən bir neçə şirkət daxildir: “AZMECO Alternativ Enerji”, “AZMECO Construction”, “AZMECO Enerji İnvest”, “AZMECO Greenhouse”, “AZMECO Oil Refinery and Petrochemical Technologies”, “AZMECO İnternational Finance Limited”, “AZMECO İnsaat” və “Fateh and AZMECO EPC Group”. 08B
-
- Siyasət
- 19 Dekabr 2016 22:57
-
- İqtisadiyyat
- 20 Dekabr 2016 10:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz