MHBS və hesabatlılıq 27 təşkilat üçün icbari oldu
Nazirlər Kabineti mühasibat uçotunu beynəlxalq standartlara uyğun aparmalı olan ictimai əhəmiyyətli qurumların siyahısını təsdiq edib. Hökumətin 1 oktyabr tarixli sərəncamına əsasən, 27 kommersiya təşkilatı ictimai əhəmiyyətli strukturlara aid edilib. Bunların sırasında ARDNŞ-nin 7 strukturu və onun iştirakı olan 2 şirkət (AzFen və Caspian Driling Company) var. Bundan başqa, siyahıda 8 nəqliyyat, elektrik və su təchizatı müəssisəsi, iki mobil operator (“Azercell” və “Bakcell”) var.
“Azenco”, “Evrascon”, “Akkord” “Azvirt” və “Azerinsaatservis” qrupları, “Silk Way Airlines” Holcim (Azerbaijan)” və “Baku Steel Company” holdinqləri də bu siyahıya daxil edilib.
Maraqlıdır ki, Gilan, Garant və s. holdinqlər siyahıya düşməyib.
Hökumətin 2010-cu il tarixli qərarına əsasən, illik gəliri 120 mln manat, işçi sayı 1500-dən çox, balansının yekun göstəricisi 300 mln manat olan şirkətlər ictimai əhəmiyyətli qurumlar sayılır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz