Milli Depozit Mərkəzi ləğv edilir
«Milli Depozit Mərkəzi» QSC ləğv edilir və «Qiymətli kağızlar bazarı haqqında» qanuna əsasən, qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək. Təklifi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edib, deyə MDM-in İdarə Heyəti məlumat verir.
Bu il iyulun 15-də qüvvəyə minən qanuna əsasən, klirinq və depozitar fəaliyyəti üçün lisenziya verilməsi dayandırılır. Depozitar funksiyası həyata keçirən bütün strukturlar saxladığı pul və qiymətli kağızları MDM-ə verir. Sentyabrın 15-dən qiymətli kağız sahiblərinin reyestrləri MDM-ə veriləcək. Mərkəzi Depozitarın üzvləri investisiya şirkətləri və investisiya fondlarının depozitarları olacaq.
Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları öz təşkilati strukturlarını yeni tələblərə uyğunlaşdırmalıdır.
Qiymətli kağızlar üzrə notarial əqdlərin qeydiyyatı avtomatlaşdırılacaq və informasiyalar elektron rejimdə MDM-ə veriləcək. 08B
-
- Cəmiyyət
- 16 Sentyabr 2015 17:22
-
- İqtisadiyyat
- 16 Sentyabr 2015 17:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz