Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun büdcəsini müzakirə edib
Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün büdcəsi müzakirə edilib.
Turan-ın məlumatına görə, layihəni təqdim edən Səlim Müslümov bildirib ki, 2017-ci ildə Fondun gəlirləri və xərcləri 3 mlrd 400 mln manat proqnozlaşdırılır.
Xərclərin 37,4%-i dövlət büdcəsindən transfertlər, 62,6% sığorta ödənişləri və başqa mədaxil hesabına ödəniləcək.
Pensiya verilməsi üçün Fond 3 mlrd 213 mln 82 min manat ayırmağı planlaşdırılır.
Fondun pensiya xərcləri 2016-cı ilə nisbətən 2,5% və ya 77,72 mln manat artacaq.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, Fondun dövlət büdcəsindən asılılığı hər il azalır. 2012-ci ildə Fonda büdcə transfertləri 42% olub, 2017-ci ildə 37,4% təşkil edəcək.
H.Rəcəbli deyib ki, ölkədə orta yaş artdığı üçün 2017-ci ildə pensiyaçıların sayı 1,32 mln nəfərə çatacaq. Onun sözlərinə görə, orta aylıq pensiya 8% artaraq 203 manata çatacaq. O həmçinin deyib ki, 2017-ci ildə işsizliyə görə müavinətlər də artırılacaq. 71D
-
- İqtisadiyyat
- 8 Dekabr 2016 13:51
-
- Siyasət
- 8 Dekabr 2016 14:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz