MilliKart onlayn ödənişləri təhlükəsizləşdirib
"MilliKart" MasterCard SecureCode və Verified by Visa (VbV) texnologiyası üzrə sertifikatlaşması prosesini başa çatdırıb. O, internetdə ödənişlərin təhlükəsizliyini təmin edir və bank və maliyyə təşkilatları üçün əlçatandır.
"MilliKart" 3D Secure texnologiyası dələduzluğun qarşısının alınması, internet ödənişlərin təmin edilməsi üçündür. Bu müasir texnologiyanın iş prinsipi ondan ibarətdir ki, müştərinin identikləşdirilməsi "3D" parol vasitəsi ilə həyata keçirilir. O, kartda göstərilmir, beləliklə, onlayn ödəniş təhlükəsiz həyata kçeirilir.
Bu xidmətdən istifadə etmək üçün öz telefon nömrəsini xidmət göstərən bankda qeydiyyatdan keçirmək, 3D Sign up səhifəsində qeydiyyatdan keçib 3D parol qoymaq lazımdır. Qeydiyyatdan sonra istifadəçi "3D" parol qoyub prosesi başa çatdırır.
Bunun sayəsində identifikasiya üç (3) domeynə əsaslanır və 3D Secure adlanır. —15D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz