Moody’s: 2016-cı ildə Azərbaycanda ÜDM-in səviyyəsi 0,7% azalacaq
2016-cı ildə Azərbaycan ÜDM 0,7% azalacaq, beynəlxalq Moody`s agentliyi bunu proqnozlaşdırır, 2017-ci ildə isə agentlik ÜDM-in 1% səviyyədə artım gözləyir.
Agentlik maliyyə sektorunda vəziyyətin pisləşməsini və devalvasiyasının əhalinin alıcılıq qabiliyyətinə təsirini nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin azalmasına səbəb ola biləcək risklərin olduğunu qeyd edib.
Azərbaycanın makroiqtisadi proqnozlarının pisləsməsi energetika bazarlarının qiymətləndirilməsi və neftin qiyməti üzrə gözləntilərin azalması ilə bağlıdır.
Moodys gözləyir ki, Brent markalı neftin qiyməti 2019-cu ilədək $50-dan aşağı səviyyədə qalacaq.
Sözügedən səbəblərdən Azərbaycanın dövlət istiqrazları üzrə reytinqi gələcək azalma mümkünlüyü ilə Baa3-dən Ba1-dək pisləşib. Söhbət iki il öncə Maliyyə Nazirliyinin buraxdığı avrobondlardan gedir.
Bundan əlavə, Moody`s Azərbaycanın maliyyə sisteminə təzyiqin artdığını, ödəniş balansının vəziyyətini, həmçinin milli valyutaya inamın azaldığını qeyd edib. Bütün bunlar büdcənin vəziyyətini və ölkənin dövlət borcunun parametrlərini pisləşdirir. Moody's-in məlumatında deyilir.
Xatırladaq ki, Azərbaycan hökuməti 2016-cı il üçün ÜDM-i 1,8% səviyyəsində proqnozlaşdırır. 2015-ci ildə Azərbaycan ÜDM 1,1% artıb.-06D-
-
- Bazarların icmalı
- 6 Fevral 2016 13:11
-
- İqtisadiyyat
- 6 Fevral 2016 13:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz