Moskva Türkiyə məhsullarının ixracında Bakıdan şübhələnir
“Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert bildirib ki, Moskvanın embarqosuna baxmayaraq, Türkiyənin meyvə və tərəvəzinin təkrar ixracında Azərbaycandan şübhələnir.
“Türkiyədən bitkiçilik məhsullarının ixracına yol verilməməsi üzrə Azərbaycan və İranın öhdəliklərinin yerinə yetirilməsinin yoxlanması zamanı araşdırdık ki, yanvarda Azərbaycan Rusiyaya tomat ixracını beş dəfə artırıb”, - Dankvert vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın tomat ixracını qəfildən hansı yolla belə artırması “aydın deyil”. Azərbaycan xidməti fitosanitar sertifikatlarda göstərir, məhsullar bu ölkəyə aiddir. Lakin “Rosselxoznadzor” bundan əmin deyil və bununla bağlı Bakıya məktub göndərib.
Dankvert rusiyalı müfəttişlərin bu məsələni araşdırmaq üçün Azərbaycana getməsinin mümkünlüyünü istisna etməyib.
Türkiyədən Rusiyaya meyvə, tərəvəz və digər malların ixracına 2016-cı il yanvarın 1-də qadağa qoyulub. -02D-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz