Müəssisə özəlləşdirilir, profilini dəyişmək olar
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iyunun 7-də “Ceyranbatan Polimer Materialları” Açıq Səhmdar Cəmiyyətinin (səhmlərinin 99,88 %-nin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Son 5-7 ildə polimer borular istehsalı sektoru inkişaf edir.
İddiaçılar investisiya ilə yanaşı, dövlət büdcəsinə 400 min manat ödəmək təklifi etməlidirlər. Beləliklə, “Ceyranbatan Polimer Materialları”nın səhm paketi (480 869 ədəd) nominalın 1,6%-ə təklif edilir. Bir səhm 2 manatdır.
SC-nin 15%-lik səhm paketinin satışı 2013-cü il dekabrın sonu – bu il yanvarın əvvəlində baş tutub. Əmək kollektivinin 20 üzvündən 19 nəfər abunə olub, onlar 972 manata səhmlərin 0.12%-i əldə edib. Satılmayan 14,88% investorlara təklif olunur.
Müsabiqə şərtlərinə əsasən, müəssisənin profilini dəyişmək olar.
SC-nin 1 iyun üçün 172,2 min manat borcu var. Bunun 26 650 manatı əmək haqqı borcudur. Müəssisəyə borc 100 min manat azdır. Azərbaycanda ən iri polimer boru istehsalçısı “Sumqayıt Texnologiyalar Parkı” MMC, “Azərtexnolayn” MMC, “NJT-2000”, “Dərnəgül Boru Zavodu” QSC, “Sumqayırt Sənaye İstehsal” ASC, “Dizayn Cenay Azərbaycan”, “Sempa” və s-dir. 08В
-
- İqtisadiyyat
- 9 İyun 2014 12:38
-
- Cəmiyyət
- 9 İyun 2014 13:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz