Müfəttişlər yanvarda muzdlulara sosial xarakterli ödənişlərin ödənilmədiyini aşkarlayıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin yanvar ayında ümumilikdə 38988 manat həcmində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməməsini aşkarlayıb. «Söhbət gecikdirilmiş sosial xarakterli ödənişlərdən gedir, - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Turan-a bildiriblər. Bu vəsaitin 22765 manatı əmək haqlarından, 2640 manatı zərərə görə ödənclərdən, 13583 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub.
Həmçinin yanvarda qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilmiş 5 nəfər öz əvvəlki işlərinə bərpa edilib. --17D—
-
- İqtisadiyyat
- 16 Fevral 2015 14:37
-
- Siyasət
- 16 Fevral 2015 15:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz