Müflis olmuş Texnikabank-ın rəhbəri Etibar Əliyev oğlunu «Alfa Sigorta»da rəhbər vəzifəyə təyin edib
«Texnikabank» müflis elan ediləndən sonra onun Müşahidə Şurasının sədri Etibar Əliyev bankın törəmə şirkəti olan “Alfa Sığorta”ya diqqəti artırıb.
Direktorlar Şurasının sədri Elşad Əliyevi işdən azad edilərək bu vəzifə Etibar Əliyevin oğlu Kəramət Əliyevə həvalə edilib.
Bundan başqa, Direktorlar Şurasının üzvləri olan Ayaz Gərayzadə və Elşad Kərimov də də işdən çıxarılıb. Şuranın yeni üzvləri Nicat Axundov və Saleh İmaməliyev olub.
Camal Əliyev “Alfa Sıgorta”da İdarə Heyətinin sədri vəzifəsində qalıb. İdarə Heyətinin sədr müavini Zahir Salahov və İdarə Heyətinin üzvü Əli Qasımov da tutduqları vəzifədən uzaqlaşdırılıblar.
«Alfa Sıgorta»nın nizamnamə kapitalı 6,75 mln manatdır. Şirkət 30, o cümlədən 6 icbari və 24 könüllü sığorta növü üzrə xidmət göstərir. --17D—
-
- Siyasət
- 1 Mart 2016 13:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz