Muğanbankın kapitallaşması AMB-nin tələbinə uyğun olacaq
Baki Fond Birjasında “Muğanbank” ASC-nin 4 mln 694,2 min manat məbləğində səhmlərinin əlavə emissiyasının yerləşdirilməsinə başlanılıb.
BFB-nin məlumatına görə, səhmlərin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 10,4% - 50 mln. 200 manata qədər artacaq.
Yerləşdirmə bazarın alternativ seqmentində başlayıb, səhmlər birja listinqinə daxil edilib. Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 200 manat olan 23,471 min ədəd səhmə bölünüb.
Səhmlərin yerləşdirilməsinin anderrayteri "Texnika Kapital Menecment" MMC-dir.
Səhmlərin yerləşdirilməsi 7 iyul 2016-cı ilə qədər başa çatmalıdır.
Nizamnamə kapitalı 45 mln 306 min manat olan «Muğanbank» 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir. --17D—
-
- İqtisadiyyat
- 3 İyul 2015 15:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz