2016-cı ilin yanvar-aprelində Azərbaycan Neft Fondunun “Azəri-Çıraq-Günəşli” blokundan mənfəət neftinin satışından gəlirləri $1 mlrd 493 mln olub. Bu barədə Neft Fonundan məlumat veriblər.
2001-ci ildən 2016-cı il mayın 1-dək “Azəri-Çıraq-Günəşli” blokundan mənfəət neftinin satışından gəlirlər $118 mlrd 502 mln təşkil edib.
Turan Agentliyi ARDNF-nin məlumatları əsasında hesablayıb ki, apreldə “Azəri-Çıraq-Günəşli” blokunun işlənməsindən Neft Fonduna $356 mln mənfəət nefti daxil olub. Martda bu göstərici $347 mln, yanvarda $442 mln, fevralda $348 mln olub.
Neft Fondunun AÇG blokundan gəlirlərinin cədvəli
|
Aylar |
ABŞ dolları |
Orta qiymət BTC FOB Ceyhan/barrel |
|
Yanvar |
442 |
$32,33 |
|
Fevral |
348 |
$33,43 |
|
Mart |
347 |
$39,80 |
|
Aprel |
356 |
$43,02 |
|
Cəmi |
1 493 |
$37,14 |
Bu məlumatlara əssən Turan hesablayıb ki, “Azəri-Çıraq-Günəşli” çərçivəsində mənfəət neftinin həcmi 2016-cı ilin 4 ayında 40,2 mln barrel olub.
Azərbaycan nəyə görə neft baha olanda daha az qazanıb? Əvvəla, yanvarın pulunu konsorsium ay bitməmiş ödəyib. O vaxt neft statistika göstərəndən baha idi. İkincisi, apreldə hasilat həcmi az olub. –12А--
Rəy yaz