Neft hasilatı sənaye istehsalının həcmini endirib
Yanvar-iyun üzrə iqtisadi göstəricilər açıqlanıb.
Dövlətstatkomun məlumatına görə, iyunun 1-i üçün sənaye istehsalının həcmi 10 mlrd 840,7 mln manat olub (ötən ilin eyni dövrünə nisbətən +3,7%). Qeyri-neft sektorunda artım (+12,4%), neft sektorunda hasilatın azalması (mənfi 0,9%) qeyd alınıb.
İstehsal həcminin 63,5%-i hasilat, 28%-i emal, 7,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı və paylanması, 0,8%-i su təchizatı, tullantıların təmizlənməsinin payına düşüb.
Sənaye istehsalının 88,4%-i istehsal, 11,6%-i xidmət xarakterli olub.
Sənaye istehsalının 76,3%-i özəl sektorun payına düşür. --17D—
-
- İqtisadiyyat
- 12 İyun 2015 14:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz