Neft hasilatı və emalının azalması makroiqtisadi indeksə təsir edir
Bu ilin yanvarında Azərbaycanda ümumi daxili məhsul 4 359 mln manat olub. Bu, 2013-cü ilin yanvarındakından 0,8% çoxdur. Ötən ay neft hasilatı və emalı azalıb, nəticədə neft sektoru üzrə ÜDM 6% azalıb.
Dövlətstatkomun məlumatına görə, qeyri-neft sektorunda ÜDM artımı yanvarda 7,7% olub. Qeyri-neft sektorunda əlavə dəyər istehsalı ÜDM-in 53,8%-i (2 346,8 mln manat) olub.
ÜDM-də zəif artım xidmət sektorunda 6,4% artım hesabınadır. ÜDM strukturunda xidmətlərin xüsusi çəkisi (1 436 mln manat) 32,9% təşkil edib.
2014-cü ilin yanvarında hasilatda (1 879 mln və ya mənfi 5,9%) və emal sənayesində (177 mln və ya mənfi 1,8%) azalma nəticəsində istehsal sektorunda ÜDM 2,4% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalıpaylanması və təchizatında əlavə dəyər 120,4 mln manat olub. İllik hesablamada o, 1% artıb. Su təchizatı, tullantıların təmizlənməsi və utilləşdirilməsində əlavə dəyər balı 5,9 mln manatdır. Uçotun çox çətin olduğu sahələrdə DSK irəliyə addım qeydə alıb. Məsələn, ticarət və nəqliyyata xidmətdə (341,9 mln manat) 9,35%, turst yerləşdirilməsi və ictimai iaşədə (90 mln manat) – 15,7%, sosial və başqa xidmətlərdə (678,3 mln manat) – 3,6% və s. artım olub.
Yanvarda adambaşına ÜDM 465,6 manat və ya $593,6 təşkil edib. 08D
-
- Siyasət
- 18 Fevral 2014 12:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz