Neftçala sənaye məhəlləsində də avtomobil istehsal ediləcək
Sentyabrdan Neftçala deyəndə təkcə balıq və yod-brom zavodu yada düşməyəcək. Neftaçala sənaye məhəlləsinə 8 investordan onlara rezident statusunun verilməsi məqsədilə müraciət daxil olub. Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova "Sənayeləşmə və innovativ inkişaf" mövzusunda keçirilən ictimai müzakirələr zamanı jurnalistlərə məlumat verib.
«Həmin müraciətlərə baxılır. Həmçinin NSM-da fəaliyyətə dair xarici investorlarla müzakirələr aparılır. Ümid edirik ki, investorlar NSM-da fəaliyyətə böyük maraq göstərəcəklər”, - deyə S.Həsənova bildirib və əlavə edib ki, balıq məhsullarının emalı və konservləşdirilməsi ilə yanaşı, burda avtomobil istehsalı da planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2 fevral 2015-ci il tarixində Neftçala rayonunda sənaye məhəlləsinin yaradılması haqqında fərman imzalayıb. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilir (nizamnamə kapitalı 160 mln manat).
Hazırda sənaye məhəlləsində balıq yemi, nasos və avtoqoşqu istehsal edən iki rezident fəaliyyət göstərir. --17D—
-
- Cəmiyyət
- 5 İyul 2016 14:09
-
- İqtisadiyyat
- 5 İyul 2016 14:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz