Norveçin neft servis şirkəti Bakıda ofis açıb
Norveçin neft servis şirkəti "Enhanced Drilling" Azərbaycanda yeni emalatxana və ofis açıb.
Yeni emalatxana Salyan şosesinin 22-ci km-də yerləşir və 2 355 kv. metr sahəni əhatə edir.
Enhanced Drilling-in vitse-prezidenti Entoni Braun bildirib ki, yeni emalatxana və ofis şirkətin Xəzər regionunda imkanlarını genişləndirmək üçün açılıb.
Qeyd edək ki, "Enhanced Drilling" şirkətinin baş ofisi Norveçdə yerləşir. Şirkətin Böyük Britaniya, ABŞ, Avstraliya, Azərbaycan, Malayziya və Kanadada təsisatları var.
Şirkət Azərbaycanda "Dədə Qorqud", "Heydər Əliyev", "İstiqlal" və "Şahdəniz" özüllərində xidmət göstərir. –12D--
-
- Mədəniyyət
- 1 Avqust 2016 11:20
-
- İqtisadiyyat
- 1 Avqust 2016 11:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz