Notarial kontorları və MDM informasiya sistemlərini inteqrasiya edir
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı qaydasını təsdiq edib.
Qiymətli kağızların alqı-satqısı üzrə əqdlər bundan əvvəl də həyata keçirilirdi. Praktika göstərir ki, səhm nəzarət zərflərinin alqı-satqı əməliyyatları ictimaiyyətin məlumatı olmasın deyə birjadankənar platformada notariuslar vasitəsi ilə həyata keçirilir.
Yanvarın 27-dən qüvvədə olan qaydalara görə, Milli Depozit Mərkəzi ilə notarial orqanlar arasında sənəd mübadiləsi real vaxt rejimində Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemində həyata keçiriləcək.
Əvvəlki praktikadan fərqli olaraq, qiymətli kağızları alan və satan arasında əqd məbləği notariusun bank depozit hesabına köçürüləcək. Belə əməliyyatlardan birinin iştirakçısı Turan-a bildirib ki, buna qədər satış nağd şəkildə həyata keçirilirdi. MDM xidməti üçün ödəniş də notariatdan çıxmadan ödəniş edilir.
Sənədləşmə başa çatanda notarius onları MDM-ə təqdim edir, QK alıcının adına rəsmiləşdirilir. 08B
-
- İqtisadiyyat
- 2 Fevral 2016 13:13
-
- İqtisadiyyat
- 2 Fevral 2016 13:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz