Noyabrda xarici ticarət dövriyyəsi 22,4% artıb
Bakı/15.12.16/Turan 2016-cı ilin noyabrında Azərbaycanın xarici ticarət dövriyyəsi oktyabrla müqayisədə 314,8 mln və ya 22,4% artaraq $1 mlrd 714,8 mln olub, deyə Dövlət Gömrük Komitəsi məlumat verir.
Noyabrda əmtəə ixracı ($956,2 mln) idxaldan 26,1% çox olub.
DGK-nın məlumatına görə, bu ilin 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi $16 mlrd-ı keçib. Bu, 2015-ci ilin eyni dövründəkindən 20,2% azdır.
11 aylıq ixrac həcmi $8,3 mlrd (-30%), idxal $7,7 mlrd (-6%) olub.
2016-cı ildə neft, neft məhsulları və qazın ($10 398,4 mln) ixrac strukturunda xüsusi çəkisi 86,3% təşkil edib.
Hesabat dövründə qeyri-neft məhsullarının ixracı $347,4 azalaraq $1 mlrd 135,6 mln olub. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz