Oktyabrda pul kütləsi 9,38% artıb
Noyabrın 1-i üçün Azərbaycanda pul kütləsi ötən ayla müqayisədə 9,38% (638,6 mln manat) artaraq 7 mlrd 448,9 mln manata çatıb.
İlin əvvəlindən pul kütləsi 7,93% (547,1 mln manat) artıb.
Ekspert Samir Əliyev Turan-a bildirib ki, pul kütləsi daha çox arta bilərdi.
O qeyd edib ki, pul kütləsinin artımı qeyri-neft sektorunun inkişafı üçün zəruridir. Amma bu proses inflyasiyanı da sürətləndirir.
«İnflyasiya prosesinin qarşısını almaq üçün AMB depozit hərracı və ya not buraxılması kimi müxtəlif alətlərlə pul kütləsi artımının qarşısını alır», deyə o bildirib. 71D
-
- İqtisadiyyat
- 4 Noyabr 2016 17:58
-
- İqtisadiyyat
- 4 Noyabr 2016 18:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz