Özəl sektorda sənaye istehsalı azalıb
Bu ilin 9 ayında sənaye məhsulunun 81%-nin formlaşdığı özəl sektorda sənaye istehsalı 2012-ci ilin eyni dövrü ilə müqayisədə 0,1% azalıb. Dövlətstatkoma görə, dövlət sektorunda artım 5,2% olub.
Rəsmi məlumata görə, istehsal azalması tütün məmulatı (-38,2%), toxuculuq (-34,8%) və tikiş (-21,4%) sənayesində, ağac emalı (-26,9%), kağız və karton istehsalı (4,2%), rezin və plastmas məmulatların istehsalı (-7,3%), metallurgiya sənayesində (-0,1%) qeydə alınıb. Hazır metal məmulatlarının istehsalı 2 dəfə, mebel istehsalı 0,2% azalıb.
Sənaye istehsalının strukturunda hasilat sənayesinin xüsusi çəkisi 18,8 mlrd manatla 74,3% olub. Sənaye məhsulunun 19,9%-i emal sənayesinin payına düşür. Neft məhsulları istehsalı (1 589,5 mln manat, +6,2%) emal sənayesi məhsullarının üçdə birini təşkil edir.
9 ayda Azərbaycanda sənaye istehsalının həcmi 0,9% artaraq 25 295,8 mln manat təşkil edib.
Ekspertlər bildirir ki, gizli iqtisadiyyatın bir hissəsi sənaye sekturndadır. Bir çox iri müəssisələr oliqarxlara məxsusdur. Onlar vergidən yayınmaq üçün ikili mühasibat aparırlar. 08D
-
- Siyasət
- 1 Noyabr 2013 12:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz