Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə üçün nəzərdə tutulan 15 SC-nin siyahısını açıqlayıb. Quruma onların özəlləşdirilməsi metodunun formalarının müəyyən edilməsi və bu prosesin həyata keçirilməsi üzrə məsləhətçi tələb olunur.
İnvestorlara aşağıdakı SC-lərin səhmlərinin təklif edilməsi planlaşdırılır: “Sumqayıt Tikinti Xidmət”, “Gəncə Mənzil Tikinti”, “Azərenerjitikintiqurasdırma”, “Azərnəqliyyatyoltikinti”, “Ceyranbatan Dəmir Beton”, “Muğansutikinti”, “Cəlilabad-Sərab”, “Cəlilabad-Sərab-9”, “Sumqayıt Superfosfat”, “Mingəçevir Texniki Rezin”, “Mingəçevir Regenerat”, “Mingəçevir Süsə Lifi”, “Bakı Dəzgahqayırma”, “Baki Elektroavtomat” və “Oğuz Şərab”.
Qeyd edək ki, birinci müəssisədən başqa digər SC-lər dəfələrlə investisiya müsabiqəsinə çıxarılıb.
Sonuncu üç müəssisə (“Mingeçevir Texniki Rezin”, “Mingəçevir Regenerat” və “Oğuz Şərab”) hətta həmin metodla satılıb, lakin müsabiqənin nəticələri ləğv edilib.
Göstərilən iki SC-də (“Azərenerjitikintiqurasdırma” və “Azərnəqliyyyatyoltikinti”) dövlət yalnız səhmlərin nəzarət paketinə nəzarət edir.
Turan İnformasiya Agentliyinin əldə etdiyi məlumata görə, “Azərnəqliyyatyoltikinti” ASC-nin inzibati binası Bakı Dənizkənarı Bulvarının genişləndirilməsi ilə əlaqədar sökülüb. Lakin onun səhmdarları onlara düşən kompensasiyanı almayıblar.
Məsləhətçinin təyin edilməsi üçün müsabiqə oktyabrın əvvəlində keçiriləcək.08D
Rəy yaz