"Parabank"ın kredit portfeli ilin əvvəlindən təxminən 5% artıb
"Parabank" kommersiya bankının aktivləri yanvar-iyul aylarında 113 mln 495 min manata qədər (2013-cü ilin yanvarın 1 ilə müqayisədə +3,5%) artıb. İkinci yarım ilə kredit portfeli 79 mln 615 min manata (+4,7%) bərabərdir. Uzun müddətlilər də daxil olmaqla bankın öhdəlikləri 92 mln 918 min 463,5 manat (+3,1%) təşkil edir.
Özəl kapital 20 mln 577,28 min manat (+5,6%) təşkil edir. Nizamnamə kapitalı əvvəlki səviyyədə - 11 mln. 570,4 min manatdır, ancaq bankdan verilən məlumata görə, QKDK iyulun 10-da 16 mln manat dəyərində növbəti emissiya prospektini qeydə alıb, bu günlərdə isə BFB bu məbləğdə səhmlərin yerləşdirilməsinə başlayacaq.
"Parabank" 1991-ci ildə yaradılıb. Hazırda bankın 16 filialı fəaliyyət göstərir.
Onun səhmdarları Quliyev E. və Quliyeva A. – hərəyə 17,39% səhm, Hacıyeva T. - 17,30%, Quliyev V. - 15,40%, həmçinin Quliyev E. (kiçik) - 13,01%. Minotoritar səhmdarların sayı – ümumi payı 19,515 olmaqla 14-dir. --17D—
-
- İqtisadiyyat
- 5 Avqust 2013 16:58
-
- İqtisadiyyat
- 5 Avqust 2013 17:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz