Parlament komitələrində büdcə layihəsinin müzakirəsi başlayıb
Milli Məclisin komitələrində 2016-cı il dövlət büdcəsi layihəsinin müzakirələri keçirlir.
Oktyabrın 2-də büdcə paketinə daxil olan qanun layihələri parlamentin təhlükəsizlik və müdafiə, iqtisadi siyasət, elm və təhsil, sosial siyasət, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb. Müzakirələrdə maliyyə naziri Samir Şərifov iştirak edir.
2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında xam neftin 1 bareli üçün satış qiyməti 50 ABŞ dolları götürülüb.
2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 mln. manat (bunun 6 000 mln. manatı Dövlət Neft Fondundan transfert təşkil edəcək) proqnozlaşdırılıb. Xərclər isə 16 264 mln. manat proqnozlaşdırlıb.
Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 17 080 mln. manat, xərcləri 17730 mln. manat, kəsir isə 650 mln. manat olub.
2016-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4872 mln. manat, xərcləri 4836 mln. manat az proqnozlaşdırılıb. Onu da xatırlatmaq lazımdır ki, 2015-ci il dövlət büdcəsi qanunu qəbul edilərkən 1 ABŞ dolları 0,78 qəpik, hazırda isə 1,05 qəpikdir. Manat 34 faizədək devalvasiyaya uğrayıb. Beləliklə, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 22 milyard dollar, 2016-cı ilin dövlət büdcəsinin gəlirləri isə 14 milyard dollara yaxındır. -03D-
-
- Cəmiyyət
- 2 Oktyabr 2015 13:15
-
- İqtisadiyyat
- 2 Oktyabr 2015 13:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz