Paşa Bank-ın xalis mənfəəti 16,5% azalıb
"Paşa Bank" ASC bu ilin 11 ayında 9,86 mln manat xalis mənfəət əldə edib. Bu, 2012-ci ilin eyni dövründəkindən 16,5% azdır. Bankın gəlirləri 58,94 mln manat, xərcləri 49,09 mln manat olub. Onlar 10,8% və 18,6% artıb.
Yanvar-noyabrda aktivlər 1,3% artaraq 751,59 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 28,7% artaraq 361,62 mln manata çatıb.
Depozit portfeli 25,9% azalaraq 338,66 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 43,4% azalaraq 109,51 mln manat olub.
Məcmu kapital 33,6% artaraq 237,82 mln manatı keçib, ödənilmiş nizamnamə fondu 45,2% artaraq 228 mln manata çatıb. --15B--
-
- İqtisadiyyat
- 18 Dekabr 2013 16:24
-
- Siyasət
- 18 Dekabr 2013 16:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz