PaşaBank kreditləşməni 22% artırıb
Bu il sentyabrın 1-i üçün "PaşaBank" ASC-nin aktivləri 626,396 mln manat olub. Verilən kredit həcmi 60,6 mln manat və ya 21,6% artaraq 341,49 mln manata çatıb.
Depozit portfeli 280,08 mln manat olub. Bunun 121,82 mln manatı müddətli müştəri əmanətləridir. Məcmu kapital 55,37 mln manat və ya 31,1% artaraq 233,45 mln manat, ödənilmiş nizamnamə fondu 71 mln manat və ya 45,2% artaraq 228 mln manat olub.
Bankın gəlirləri və xərcləri 44,14 mln və 38,69 mln manat, xalis mənfəəti 5,45 mln manat təşkil edib.--15B--
-
- Siyasət
- 12 Sentyabr 2013 15:34
-
- İqtisadiyyat
- 12 Sentyabr 2013 15:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz