«PASHA Capital» dekabrda qiymətli kağızlar bazarında brokerlərə liderlik edib
Dekabrda dövlət qiymətli kağızlar bazarında göstərilən xidmətlərin həcminə görə (repo əməliyyatlar istisna olmaqla) brokerlərin önündə yenə də “PASHA Capital” MMC gedib.
Bakı Fond Birjasının məlumatında bildirilir ki oktyabrda şirkət ikinci, noyabrda 60,7 mln. dövriyyə ilə birinci olub. Dekabrda onun aktivliyi zəifləyib, lakin bununla belə 50,04 mln. manatla birinciliyi əldən verməyib.
Ondan sonra “AzFinance Invest” MMC broker şirkəti gəlir - 37,88 mln. manat (noyabrda ikinci, dekabrda üçüncü olub). Üçlüyü “UniCapital” MMC qapayır - 5,66 mln. manat. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz