Pensiya və müavinətlərin gecikməsi texniki problemlərlə bağlıdır
Turan Bakının bir neçə rayonunda pensiya və müavinətlərin gecikməsi barədə məlumat yaymışdı. Belə ki, Suraxanıda vətəndaşlar pensiyanı Kapital Bank bankomatından ayın 14-də çıxarmağa başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Turan müxbirinə bildirib ki, pensiya və müavinətlərin gecikməsi texniki problemlərlə, əsasən Ramazan bayramındakı iki istirahət günü ilə bağlıdır. Pensiya və müavinətlər, digər ödənişlər tam həcmdə maliyyələşdirlir. Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında protokola əsasən, 81,1 mln manat məbləğində iyul transferti DSMF-yə köçürülüb. 7 ayda cəmi 741,3 mln manat, üstəgəl DSMF gəlirlər hissəsinin vəsaiti köçürülüb. Xatırladaq ki, martda dövlət başçısı «Əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi tədbirləri haqqında» fərman imzalayıb. Nəticədə DSMF ƏƏSMN-in tərkibinədaxil edilib. --17D—
-
- Foto sessiyalar
- 15 İyul 2016 13:07
-
- İqtisadiyyat
- 15 İyul 2016 13:35
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz