Prezident «2015-ci ilin dövlət büdcəsinin icrası haqqında» qanunu imzalayıb
«2015-ci ilin dövlət büdcəsinin icrası haqqında» qanun təsdiq edilib. Prezidentin saytında verilən məlumata görə, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası gəlirlər 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində (kəsir 286,5 mln manat və ya ÜDM-in 0,5%-i) olmaqla təsdiq edilib. Dövlət Neft Fondundan daxilolmalar 8 mlrd 130 mln olub, vergi əməkdaşları büdcəyə 7 mlrd 118,3 mln, gömrükçülər 1 mlrd 591,9 mln manat köçürüb.
Büdcə xərclərinin 9 mlrd 763,1 mln manatı cari xərclər, o cümlədən büdcəçilərin maaşı və sosial xərcləri 5 mlrd 665,9 mln manat, kapital qoyuluşu xərcləri 7 mlrd 316,9 mln manat, dövlət borcunun ödənilməsi xərcləri 704,5 mln manat təşkil edib.
Maliyyə Nazirliyinin vahid xəzinədarlıq hesabında 1 yanvar üçün 1 mlrd 433,9 mln manat qalıq olub. Bu vəsait dövlət büdcəsinin kəsirinin ödənilməsi və xarici borclara xərclənəcək. --17D—
-
- Cəmiyyət
- 13 İyun 2016 18:36
-
- İqtisadiyyat
- 13 İyun 2016 18:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz