Prezident Sumqayıt şəhərinə daha 10 mln manat ayırıb
Prezident İlham Əliyev iyunun 10-da Sumqayıt Şəhər İcra Hakimiyyətinə şəhər təsərrüfatının inkişafı üçün 2015-ci ilin sentyabrındakı kadr dəyişiliyindən sonra sayca dördüncü dəfə vəsait ayrılması haqqında sərəncam imzalayıb.
Bu dəfə İH dövlət büdcəsindən 10 mln manat alır. Yol tikintisinə 5 mln manat, 100 çoxmənzilli çoxmənzilli binanın dam örtüklərinin dəyişdirilməsinə 5 mln manat ayrılıb.
Ötən ilin oktyabrından bu günə kimi binaların dam örtüklərinin dəyişdirilməsinə 16,5 mln manat ayrılıb.
Buna qədər iki sərəncamla Sumqayıtda liftlərin yenidən qurulmasına 6,2 mln manat vəsait ayrılıb.
Hazırda şəhərin əsas avtomobil yolu genişləndirilir, Heydər Əliyev Mərkəzi, şahmat və musiqi məktəbi tikilir, 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır 08D
-
- İqtisadiyyat
- 13 İyun 2016 14:30
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz