«Qarant Sığorta»nın sahibi 10 fevralda İdarə Heyətinin hesabatını dinləyəcək
Bakı/08.01.14/TURAN «Qarant Sığorta» şirkəti illik ümumi yığıncaq keçirəcək. Tədbir 10 fevral saat 12-də olacaq.
Şirkətdən verilən məlumata görə, tədbir. H. Sarabski, 657-ci məhəllədə olacaq. Yeganə təsisçi və payçı ötən ilki fəaliyyətlə tanış olacaq. Mənfəəti nəzərə alıb nizamnamə kapitalını artırmaq mümkündür. Həmçinin bu ilin büdcəsi və başqa məsələlərə baxılacaq.
"Qarant Sığorta" sığorta fəaliyyəti ilə 2008-ci ilin I rübündən məşğul olur. Şirkət 18 könüllü, 4 icbari növ üzrə xidmət göstərir.. Şirkətin sahibi «ZQAN Holdinq»dir. Ötən ilin 11 ayında şirkət 6 mln 793,44 min manat mükafat yığıb (mənfi 1,2 mln), 1 mln 894,52 min manat ödəniş edib (+500 min). --17D—
-
- İqtisadiyyat
- 8 Yanvar 2014 12:51
-
- İqtisadiyyat
- 8 Yanvar 2014 13:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz