Qeydiyyata alınan vergi ödəyicilərinin sayı 600 minə yaxınlaşıb

Bu ilin 10 ayında Azərbaycanda 68,8 min vergi ödəyicisi qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövründəkindən 15% çoxdur.

Vergilər Nazirliyinin məlumatına görə, noyabrın 1-i üçün qeydiyyata alınan vergi ödəyicilərinin sayı 597,8 minə çatıb. Bu, ötən ilin eyni dövründəkindən 12,1% çoxdur. İlin əvvəlində vergi ödəyicilərinin sayı 537 828 olub. Demək, ilin əvvəlindən 8827 sahibkarlıq subyekti fəaliyyətini dayandırıb.

Əvvəllər Vergilər Nazirliyi elektron qaydada qeydiyyata alına fiziki və hüquqi şəxslərin sayı barədə də informasiya verirdi. 08D

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti