Qeyri-neft sektorundan vergi mədaxili 15,2% artıb
Bu ilin dörd ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 mlrd 650,4 mln manat vergi mədaxili təmin edilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 5,4% çoxdur. Amma gizli iqtisadiyyatın səviyyəsi yüksək olduğu halda, vergi işçiləri dövlət büdcəsinə vergi yığımını artırmaq üçün bütün qanuni yollardan istifadə etmir.
İlin əvvəlindən qeyri-neft sektorundan dövlət büdcəsinə vergi və rüsum kimi 1 mlrd 411,9 mln manat daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorundan dövlət büdcəsinə vergi ayırmaları 15,2% artıb.
Sahibkarlar bildirir ki, onlardan Vergi Məcəlləsində nəzərdə tutulandan əlavə illik dövriyyənin 6%-i ödəmək tələb edilir. Bu vəsaitin hara getdiyi məlum deyil.
Bu il Vergilər Nazirliyi dövlət büdcəsinə 7,1 mlrd köçürülməsini təmin etməlidir. Bunun 4,3 mlrd manatı və ya 60,5% qeyri-neft sektorunun payına düşəcək. Ötən il 6,4 mlrd manat plana qarşı nazirlik 6 mlrd 664 mln manat (+4,1%) toplamışdı. 08D
-
- İqtisadiyyat
- 14 May 2014 15:19
-
- Bazarların icmalı
- 14 May 2014 15:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz