Qeyri-neft ÜDM 54,7%-ə çatıb
Neft hasilatının azalması ilə bağlı ÜDM-də qeyri-neft sektorunun payı artır və bu ilin ilk rübündə 54,7% olub.
Dövlətstatkoma görə, ÜDM 13 mlrd 150,7 mln manat olub. İqtisadi aktivlik 2,5% artıb. Qeyri-neft sektorunun payı 7,2 mlrd manat olub. Bu, ötən ilin eyni dövründəkindən 8,8% çoxdur. Neft iqtisadiyyatında 4,1% azalma olub.
Məhsul istehsalında ÜDM-in artım tempi sıfırdır, artım əsasən xidmət istehsalı (+6,8%) üzrədir. Onun payı I rübdə ÜDM-in 3-də biri qədər – 4,7 mlrd manat olub.
Adambaşına ÜDM I rübdə 1,1% artıb. Hər sakinə 1403,4 manat və ya $1789,2 ÜDM istehsal edilib.
Qeyd edə ki, bu ili 2 ayında Ermənistanda iqtisadi artım 2,4% təşkil edib. --08D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz