Qeyri-rezidentlər əmanətlərin dörddə birini bank hesabından çıxarıb
Mərkəzi bankın 4 ayın yekunu üzrə hesabatı açıqlanıb. Yerli valyuta ilə əhalinin əmanətləri bütün əmanətlərin 61,9%-i (4 mlrd 67 mln manat və ya ilin əvvəli ilə müqayisədə +4,6%) qədər, xarici valyuta ilə əmanətlər 2 mlrd 502,9 mln manat (mənfi 0,2%).
Rezidentlərin bank əmanəti həcmi 1 may üçün 5 mlrd 961,2 mln manat (+6,1%), qeyri-rezidentlərin əmanətləri 608,7 mln manat (mənfi 21,5%) olub. Xarici əmanətçilər iflasa uğrayan Royal Bankın sığortasız əmanətləri ilə bağlı qalmaqaldan sonra əmanətlərini çıxarmağa başlayıb. İran vətəndaşları 100 mln manat ziyana düşüb.
Mayın 1-i üçün banklarda əmanət və depozit həcmi 13 mlrd 615,6 mln manat (+9,1%) olub.–17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz