Qırğızıstanda Azərbaycan investisiya-kommersiya bankı yaratmağı planlaşdırırlar
Cümə günü «Azərenerji» prezidenti Etibar Pirverdiyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Qırğızıstana üçgünlük səfəri başa çatıb.
Nümayəndə heyətinin tərkibinə «Azərenerji»dən başqa «Azenco» ASC və «Expressbank» ASC-nin təmsilçiləri də daxil olub.
Səfər zamanı Qırğızıstan baş nazirinin birinci müavini Aalı Karaşevlə görüşdə Qırğızıstanda Azərbaycan investisiya-kommersiya bankı yaratmaq məsələsi müzakirə edilib, deyə “Kabar” agentliyi məlumat verir.
Görüş zamanı yerin təkindən istifadə, energetika, Qırğızıstanda mineral gübrə zavodu, yağ zavodu tikintisi məsələləri müzakirə olunub.
Azərbaycan tərəfi Qırğızıstanda idxalı əvəz edən məhsul istehsalı qurmaqda maraqlı olduğunu bildirib.
Tərəflər həmçinin Qırğızıstan ərazisində birgə Qırğızıstan-Azərbaycan-Qazaxıstan NEZ layihəsinin icrasını müzakirə ediblər, texnoparklar yaradılması təcrübəsini bölüşüblər.
Məlumdur ki, 2012-2013-cü illərdə ARDNŞ Qırğızıstanda NEZ tikəcək. Müvafiq razılıq Almazbek Atambayevin 2012-ci ilin aprelində Azərbaycana səfəri zamanı əldə edilib.—0—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz