QK qeyri-investisiya alətlərinin kasıb bazarı
Bu ilin I rübündə qiymətli kağızların qeyri-investisiya alətləri bazarı mənfi tendensiya göstərib. Yeni maliyyə alətləri qeydə alınmayıb, bazardakı kağızlarda isə durğunluq olub.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, yanvar-martda nə depozit sertifikatları, nə mənzil sertifikatları, nə də xəzinə vekseli emissiya edilib.
Ötən ilin dekabrında hökumətə tapşırılmışdı ki, idxalçılara gömrük rüsumu və vergisi ödəyən zaman xəzinə vekselindən istifadə imkanı yaradılsın. Amma hələ bu kağızlardan istifadə olunmur. Ötən ilin I rübündə bir tikinti şirkəti 61 mln manatlıq 96 mənzil sertifikatı buraxıb. Mənzilə böyük tələbata baxmayaraq, mənzil sertifikatları ev alanların marağına səbəb olmayıb.
Bu il Azərbaycanda 2,8 mln manatlıq adi veksellər imzalanmayıb.
QKDK 3 ayda 661 ipoteka kağızı qeydə alıb. Bu, ötən ilin eyni dövründəkindən 1% azdır.
Bu ilin I rübündə QKDK qiymətli kağızların girovu üzrə 7 müqavilə qeydə alıb. 2012-ci ilin eyni dövründə bu göstərici 23 idi. Girov QK sayı barədə məlumat verilmir.
Qeyd edək ki, qiymətli kağızlar investisiya və kapital cəlbinin yayılmış növü deyil. --08D—
-
- İqtisadiyyat
- 18 Aprel 2013 12:01
-
- Cəmiyyət
- 18 Aprel 2013 12:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz