Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Forex4you” şirkətinin müvafiq icazə alınmadan aktivlərin idarəedilməsi fəaliyyəti üzrə xidmətlərin təklif edilməsi müəyyən olunması və həmin fəaliyyətin dayandırılması barədə informasiya yayıb. Şirkət isə bu məlumatı təkzib edir.
QKDK ictimayyətlə əlaqələr sektorunun məlumatında deyilir ki, şirkətə həmin fəaliyyətin dayandırılması barədə göstəriş verilib. Bundan başqa, QKDK “Forex4you” şirkəti tərəfindən həyata keçirilən aktivlərin idarəedilməsi fəaliyyətinin qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu şirkətlə bağlı əməliyyatlarda diqqətli olmağa dəvət edir.
«E-Global Trade & Finance Group» (Üircin adaları, Britaniya) şirkətinin Azərbaycan təmsilçiliyinin direktoru Fərid Səttarov Turan-a bildirib ki, bu günə şirkət QKDK-dan rəsmi etiraz sənədi almayıb. «Forex4you”ya gəlincə, bu şirkət yox, «E-Global Trade & Finance Group» şirkətinin brendidir. Fəaliyyətimiz tam investisiya xidmətindən ibarərtdir. Bu isə aktivlərin idarə edilməsindən çox fərqlidir». Səttarov deyib ki, görünür, QKDK-nın bu sahədə biliyi kafi deyil. «E-Global Trade & Finance Group» sədri deyib ki, hazırda Azərbaycanda analoji xidməti «Forex Club» şirkəti göstərir. 08B
-
- İqtisadiyyat
- 7 İyun 2013 14:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz