Rabitəbank müəllimlərə güzəştli kredit təklif edir
"Rabitəbank" müxtəlif peşə sahibləri üçün başladığı kredit kampaniyalarını davam edir. 5 oktyabr – Müəllimlər günü münasibətilə Bankdan 2 illik nağd pul krediti alan təhsil sahəsinin nümayəndələrinə son 1 ilin kredit faizləri hədiyyə olunacaq.
Kampaniya çərçivəsində 18 ay kredit alan müəllimlərin faizsiz güzəşt dövrü son 6 ay, 12 aylıq kredit götürənlərdə isə son 3 ay təşkil edəcək. Artıq başlamış kampaniya 10 noyabr 2013-cü il tarixinə kimi davam edəcək.
Güzəştli krediti universitet, məktəb, bağca, internat, müsiqi məktəbi, elm institutu və təhsil şöbəsi kimi müəssisələrdə calışan müəllimlər, elm işciləri və inzibati işcilər ala biləcək.
Krediti Rabitəbankın istənilən filialından almaq olar. Hazırda Rabitəbank-ın Bakıda 7 filialı, Sumqayıt, Gəncə, Şirvan, Şamaxı, Şəmkir, Şəki, Quba, Qusar, Xaçmaz, Ağcəbədi, Ağsu, Kürdəmir, Lənkəran, Naxçıvan da daxil olmaqla ölkənin bir çox regionlarında filial və şöbələri fəaliyyət göstərir. Əlavə məlumatı Bankın www.rabitabank.com saytından və 133 nömrəsindən əldə etmək olar.—15D--
-
- Siyasət
- 1 Oktyabr 2013 14:24
-
- İqtisadiyyat
- 1 Oktyabr 2013 15:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz