Rüblük birja valyuta dövriyyəsi üçdə bir azalıb
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində hərrac həcmi 2013-cü ilin martında $60,465 mln və ya 47,439 mln manat olub. Bu, ötən ayla müqayisədə 46,4% çox, 2012-ci ilin martı ilə müqayisədə 43,4% azdır.
Hesabat dövründə hərracların birja elektron sistemində hər bir əqdin orta həcmi USD/AZN üzrə $2,519 mln, orta günlük dövriyyə $4,031 mln olub.
2013-cü ilin martında BBVB valyuta bölməsinin hərraclarında 10 bank iştirak edib. Hesabat ayında BEST-də 30 hərrac sessiyası keçirilib və 24 əqd qeydiyyata alınıb.
Rüblük birja valyuta dövriyyəsi 122,47 mln manat olub. Bu, ötən ilin eyni dövründəkindən 34,1% azdır.
Milli valyutanın birja məzənnəsi hesabat ayında 1 USD üçün 0,01% artaraq 0,7837-dən 0,7836-ya çatıb. Manatın ABŞ dollarına nisbətdə orta ölçülmüş məzənnəsi 1 USD üçün 0,7848 AZN təşkil edib.
2013-cü ilin martında BEST çərçivəsində fəaliyyət göstərən Banklararası Kredit bazarında ümumi hərrac həcmi 2 mln ekvivalenti olub.
2013 -cü ilin mart ayında market meyker bankların 90 günlük Bakibor kreditlərinə sifarişlərinə əsasən nəzərdə tutulan orta aylıq faizli tarif manatla illik 11,21% və ABŞ dolları ilə illik 11,84% təşkil edib. BakiBİD tarifi 90 günlük müddətdə manatla illik 5,65% və ABŞ dolları ilə 5,22% olub. --15B--
-
- İqtisadiyyat
- 11 Aprel 2013 15:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz