Rusiya nefti və valyutasının qiyməti sürətlə enir
Şimali dəniz neftinin bir barrelinin qiyməti 2009-cu ilin iyulundan ilk dəfə olaraq $63-dan aşağı olub. Analitiklər neftin qiymətinin enməsinin rublun məzənnəsinin enməsinin əsas səbəblərindən biri olduğunu söyləyirlər.
ICE Futures birjasında bugünkü hərraclar zamanı Brent fyuçersinin qiyməti bir barelə görə $62,93-a enib ki, bu da dünənki hərraclarda olduğundan 1% azdır və 2009-cu il iyulun 17-dən bu yana ən aşağı göstərici sayılır. WTI markalı neftin yanvar fyuçerlərinin qiyməti bu gün bir barelə görə $58,86-dək olub.
Cümə günü OPEK neft səbətinin qiyməti daha 14% enib və beş il ərzində ilk dəfə olaraq bir barelə görə $60 səviyyəsində olub.
Moskva birjasında bugünkü hərraclar zamanı dolların və avronun məzənnəsi yeni tarixi rekordları müəyyən edib. Avro 71,35 rubla qədər, dollar isə 58 dollara qədər qalxıb. -02D-
-
- İqtisadiyyat
- 12 Dekabr 2014 12:41
-
- İqtisadiyyat
- 12 Dekabr 2014 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz