Rusiyada yaşayan soydaşlarımız vətənə $1,1 mlrd pul köçürüb
Rusiyada yaşayan miqrantlar vətənlərinə daha çox pul köçürmələri edir, deyə DW Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun 15 iyunda açıqladığı hesabata əsasən bildirir.
2014-cü ildə Avropada yaşayan miqrantlar vətənlərinə $109,4 mlrd vəsait göndərib. Bunun $20,6 mlrd-ı RF-in, $17,1 mlrd Britaniyanın, $14 mlrd Almaniyanın payına düşür. Ardınca İtaliya və İspaniya gəlir.
Pul alanlar isə əsasən Balkan, Baltikyanı, Şərqi Avropa sakinləridir. Ukrayna siyahıda birincidir. Ardınca Polşa və Rumıniya gəlir. Dünyada cəmi 150 mln nəfər vəsait alıb. Köçürmə məbləği bir nəfərə ildə $1500-$3200 dollar olub.
Azərbaycan qastarbayterləri RF-dən vətənə $1,1 mlrd göndərib. Pul göndərən miqrant sayı 743 min nəfər olub. Özbəklər vətənlərinə $5,6 mlrd göndərib. Ardınca Ukrayna – $3,9 mlrd və Tacikistan – $2,9 mlrd, Ermənistan – $1,38 mlrd və Gürcüstan ($1,22 mlrd) gəlir. —0--
-
- Foto sessiyalar
- 15 İyun 2015 23:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz