Sabah 3-cü Beynəlxalq arıçılıq konfransı öz işinə başlayır
Sabah, fevralın 4-də Novxanı qəsəbəsində yerləşən AF Oteldə 3-cü Azərbaycan Beynəlxalq arıçılıq konfransı öz işinə başlayır.
Konfransın əsas mövzusu Azərbaycan arıçılarını müasir arı saxlama texnologiyaları ilə tanış etməkdir.
Kənd Təsərrüfat Nazirliyində Turan-a deyiblər ki, konfransda iştirak etmək üçün Azərbaycandan və xarici ölkələdən 155 nəfər qeydiyyatdan kecib. Onların arasında alimlər, arıçılıq sahəsi üzrə mütəxəssislər, arıçılıq layihələri həyata keçirən ictimai bırliklərin nümayəndələriləri də var. Bu ilin sentyabrında İstanbulda keçiriləcək 45-ci Ümumdünya Apimondiya kongresinin təşkilat komitəsinin və elmi şurasının sədrləri, həmçinin digər səlahiyyətli nümayəndələri də konfransda iştirak edəcəklər.
Konfransın özəl internet resursu (www.konfransari.com) da var. Tədbir fevralın 6-dək davam edəcək. 08D
-
- İqtisadiyyat
- 3 Fevral 2017 14:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz