Sabah Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
Sabah Bakı Biznes Mərkəzində İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək.
Biznes foruma tikinti, infrastruktur, memarlıq, dizayn, inşaat materiallarının istehsalı və hidroenergetika sahələrində fəaliyyət göstərən 50-dən artıq İtaliya şirkətinin qatılacağı gözlənilir, deyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Turan-a bildiriblər.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında İtaliyadan ölkəyə $173,7 mln-luq mal gətirilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 1% azdır. İtaliyaya $4,4 mlrd məbləğində mal ixrac edilib. Bu, 2012-ci ilin eyni dövründəkindən 10,9% çoxdur. Azərbaycan İtaliyadan əsasən qara metal, armatur, elektrik avadanlığı, dərman, xüsusi texnika və avadanlıq, mebel idxal edir. Azərbaycanın bu ölkəyə ixracatının 99%-i neft, həmçinin meyvə, şirədir. 08D
-
- Cəmiyyət
- 12 Noyabr 2013 13:47
-
- İqtisadiyyat
- 12 Noyabr 2013 14:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz