Sabirabad biznesmenləri SKMF xətti ilə kredit alacaq
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabirabad rayonunda sahibkarların kreditləşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Fondun məlumatında deyilir ki, rayonda ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer təsərrüfatının, çörək, pendir istehsalı, meyvəqurutma, ketçup, mayonez və xardal sousu istehsalı müəssisələrinin, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin maliyyələşdirilməsi məqsədəuyğun hesab edilir.
Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlar müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 57-dən artıq bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln manat məbləğində güzəştli kredit verilib. Bu il prokurorluq bankların Fondun vəsaitini talaması ilə bağlı 4 cinayət işi başlayıb. Kreditlərin məqsəd üzrə xərclənməməsi halları hüquq mühafizə orqanları tərəfindən araşdırılır. --17D—
-
- İqtisadiyyat
- 8 Sentyabr 2015 14:34
-
- Dünyada
- 8 Sentyabr 2015 15:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz