Sabirabad dəmir-beton zavodunun səhmlərinin 99,92%-i investisiya müsabiqəsinə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi «Sabirabad Dəmir Beton» ASC-nin səhmlərinin 99,92%-i investisiya müsabiqəsinə çıxarıb. Səhmlər müəssisədə istehsalatın bərpası və dövlət büdcəsinə ən azı 490 min manat köçürülməsi müqabilində təklif edilir.
İyunun 14-də qalin seçilən zaman tikinti üzrə təcrübəsi olan iddiaçıya üstünlük veriləcək. ƏMDK bir qayda olaraq, real alıcı tapandan sonra investisiya müsabiqəsi elan edir. Bu halda investora bütün səhmlər təklif olunur.
Hazırda müəssisədə 9 işçi var.
«Sabirabad Dəmir Beton» ASC-nin nizamnamə kapitalı 821,1 min manatdır. Müəssisənin öhdəlikləri və debitor borcları cüzidir. 08D
-
- İqtisadiyyat
- 21 May 2013 14:43
-
- İqtisadiyyat
- 21 May 2013 15:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz