Sahibkarlara verilən investisiyalar havaya sovrulur
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1992 –ci ildən sahibkarlara 1 mlrd 366 mln 546 min güzəştli kredit verilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, indiyədək 22 min 447 sahibkar güzəştli kredit alıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov hesab edir ki, kreditlərin məbləği iqtisadi inkişafın real nətəcələrini əks etdirmir. Əslində Fond kiçik və orta sahibkarlara kömək etməli idi. Amma 2003-cü ildən yüksək rütbəli məmurlara bağlı olan iri sahibkarların hərəsinə 10 mln-a qədər kredit verilir. Xərclənən vəsaitlər üzrə məsuliyyət və hesabat yoxdur.
Bu kreditləşmə fonunda kənd təsərrüfatı malları idxalından asılılıq artır. 10 il əvvəl ildə 70 min ton süd idxal edilirdi, 2013-cü ildə ölkəyə 700 min ton – adambaşına 72 litr süd gətirilib. Ötən il Gürcüstandan 109 min baş iribuynuzlu mal-qara gətirilib. Gömrükdə 120 kq diri çəkili mal-qaranın biri 29 manata bəyan edilib. Cəmiyyəti şişirdilmiş rəqəmlərlə aldadırlar, gömrükçülərin maxinasiyası nəticəsində dövlət büdcəsi milyon manat itirir,- deyə ekspert bildirib.
SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. 2013-ci ildə Fond 4500 layihəyə 275 mln manat güzəştli kreditlər verib. 2014-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 280 mln manata çatacaq. Bu strukturun ətrafında qalmaqallar bitmir. --17D--
-
- İqtisadiyyat
- 7 Avqust 2014 20:31
-
- Söz istəyirəm
- 8 Avqust 2014 12:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz