- İqtisadiyyat
- 12 İyun 2013, 13:19
- 204
Samaras: "Azərbaycanın TAP-ı seçməsi ehtimalı artıb"
Yunanıstanın baş naziri Antonis Samaras ehtimal edir ki, ARDNŞ qazın Avropaya nəqli üçün TAP layihəsini (Nabucco West-i yox) seçəcək.
Bu fikir ARDNŞ DEPA-nın törəməsi DESFA şirkətinin səhmlərinin 66%-nin alınması üçün təklif verəndən sonra yaranıb. Maraqlıdır ki, ARDNŞ əvvəllər DEPA-nı almaq istəyirdi.
Yunanıstanda enerji aktivləri almaq ARDNŞ-yə lazımdır, çünki məhz burda “Şahdəniz” konsorsiumunun həyata keçirdiyi, “Qazprom”un “Cənub axını” layihəsi ilə rəqib olan TANAP davam edəcək. Bundan başqa, Azərbaycan şirkətinin Yunanıstana marağı daha bir intriqanın pərdəsini açır – yekunda TAP kəməri seçiləcək, yoxsa Nabucco West.
Artıq Yunanıstanın baş naziri ehtiyatla ehtimal irəli sürür ki, məhz Yunanıstan ərazisindən keçən TAP seçiləcək.
Xatırladaq ki, “Qazprom” sifariş verməyib və imtinanı Yunanıstan tərəfinin zəruri maliyyə zəmanəti verməməsilə izah edib.
Yunanıstanın baş nazirinin sözlərinə görə, DEPA və DESFA qazpaylayıcı şirkətinin özəlləşdirilməsi üzrə təkrar müsabiqə olacaq.
Aktivə marağa saxlamağa cəhd edərək özəlləşdirmə agentliyi HRADF məlumat verib ki, DEPA istehlakçılarına olan 180 mln avro borcu ödəyəcək, şirkətin vəziyyətinin pisləşməməsinə zəmanət verəcək. --0--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz