Səhmdarlarının növbədənkənar yığıncağında «Kapital Bank» ASC-nin mənfəəti bölünəcək
“Kapital Bank” ASC-nin səhmdarları aprelin 4-də İzmir Plazada növbədənkənar yığıncaq keçirəcək. Yığıncağın gündəliyinə təşkilati və maliyyə məsələləri daxil edilib.
Müşahidə Şurasının tərkibində dəyişikliklərin edilməsi məsələsinə baxılacaq, 2016-cı ilin mənfəəti bölünəcək.
Yığıncaqda ASC-nin Nizamnaməsinə və başqa normativ sənədlərə düzəlişlər ediləcək.
2016-cı ildə “Kapital Bank” ASC-nin xalis mənfəəti 52 mln manat olub.
2016-cı ildə səhmdarlar 2015-ci ildə əldə edilən 61 924 min xalis mənfəəti və ya hər səhmə görə 4 manat 13 qəpiyi (dividenddən vergi nəzərə alınmadan) dividend ödənişinə yönəldib.
“Kapital Bank”ın nizamnamə kapitalı 185 mln 850 min manatdır. Dövriyyədə nominalı 12,39 manat olan 15 mln səhm var.
Bank “Pasha Holding” şirkətlər qrupuna daxildir (səhmlərin 99,87%-i). Minoritar səhmdarların (170 fiziki şəxs) 0,13% səhmi var.
Bankın Azərbaycanda ən geniş filial şəbəkəsi var və o, 3 mln fiziki və 22 min hüquqi şəxsə xidmət göstərir. 08D
-
- Cəmiyyət
- 8 Fevral 2017 14:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz