Səlim Müslümov Sosial Sığorta Fondu və Əmək İnspeksiyasının resurslarını birləşdirib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək İnspeksiyasına yeni rəhbər təyin edilib. Bu vəzifəyə İdris İsayev təyin olunub. O indiyəcən DSMF-nin maliyyə-büdcə şöbəsinin rəisi olub.
Xəbəri şərh edərkən Fondda bildiriblər ki, əvvəllər inspeksiya əmək mühafizəsi və təhlakəsizlik texnikasının yoxlanması ilə məşğul olsa da, səmərəli olmayıb. İndiyəcən müəssisələrin çoxunun işçi sayı məlum deyil.
Əmək mühafizəsi sahəsində problemlər çoxdur. Müəssisələrin çoxunda əmək mühafizəsi xidməti yoxdur. Hasilat və tikinti şirkətlərinin çoxunda fərdi mühafizə vasitələri verilmir. Əmək şəraitinin yaxşılaşdırılması üçün maddi vəsait açtışmır və s.
Əmək müqavilələrinin bağlanması məsələsi aktualdır. Xarici işçi qüvvəsi cəlb edilməsində problemlər var.
Mənbənin sözlərinə görə, əmək mühafizəsi laboratoriyaları yoxdur. İnspeksiya heyətinin peşə hazırlığına diqqət ayrılmır. Arayış üçün deyək ki, 1 noaybra kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək İnspeksiyasının rəhbəri Rauf Tağıyev olub. --17D—
-
- İqtisadiyyat
- 12 Noyabr 2013 15:24
-
- Cəmiyyət
- 12 Noyabr 2013 15:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz