Sənaye investisiyalarının 82%-i hasilat sənayesinə qoyulub

İlin əvvəlindən sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 1,4% artaraq 5 mlrd 932 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, iqtisadiyyata sərmayələrin 44,9%-dir. Hesabat dövründə hasilat sənayesinə investisiya qoyuluşları 4 mlrd 894,3 mln manat (artım 28,2%) təşkil edib.

Bu dövrdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 495,2 mln manat (azalma 43,4%), elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 249,2 mln manat (azalma 13,7%), emal sənayesinə 293,3 mln manat (azalma 66,2%) investisiya qoyulub. --17D—

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti